Bank Of Baku

İranın Zahidan şəhərindəki məsciddə partlayış baş verib, 20-dən çox adam ölüb

İranın Zahidan şəhərindəki məsciddə partlayış baş verib, 20-dən çox adam ölüb
# 16 iyul 2010 09:10 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın Sistan və Bəlucistan vilayətinin mərkəzi Zahidan şəhərində güclü partlayış baş verib. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, İmam Hüseynin doğum günü münasibətilə şəhərin Cümə Məscidində keçirilən mərasim zamanı 10 dəqiqə fasilə ilə iki partlayış olub. Nəticədə 22 nəfər ölüb, 150-dən artıq şəhər sakini yaralanıb.

İran təhlükəsizlik nazirinin müavini Əli Abdullahi bildirib ki, bu terror aktları vilayətdə sünni-şiə qarşıdurması yaratmaq üçün müxtəlif terror təşkilatları tərəfindən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR