Bank Of Baku

İranda baş vermiş partlayışla bağlı 40 nəfər həbs edilib

İranda baş vermiş partlayışla bağlı 40 nəfər həbs edilib
# 17 iyul 2010 20:10 (UTC +04:00)
Bakı-APA. Cümə axşamı Şiə məscidində 27 nəfərin ölümü ilə nəticələn intiharçı bomba partlayışı ilə əlaqədar olaraq, 40 nəfər həbs edilib.
APA-nın bbc.com saytını istinadən verdiyi xəbərə görə, İranın polis rəsmisi bildirir ki, həmin şəxslər ictimai təhlükəsizliyin pozulmasında şübhəli bilindiklərinə görə həbs ediliblər.
O həbs olunanları birbaşa ölkənin cənub şərqindəki Zehdan şəhərində törədilən partlayışlarla əlaqələndirməyib.
Partlayışda öldürülənlərin dəfn mərasimlərində iştirak edən minlərlə adam Qərb əleyhinə şüarlar səsləndiriblər.
Belə ki, İran rəsmi Vaşinqtonu və Londonu intiharçı parlayışlara məsuliyyəti öz üzərinə götürən Sünni qruplaşmaya dəstəkdə günahlandırıb.
Həm Vaşinqton, həm də London bu ittihamı təkzib ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR