Bank Of Baku

Qırğızıstanın təhlükəsizlik xidməti iğtişaşların yenidən baş qaldırmasını istisna etmir

Qırğızıstanın təhlükəsizlik xidməti iğtişaşların yenidən baş qaldırmasını istisna etmir
# 17 iyul 2010 21:27 (UTC +04:00)
Bakı-APA. Qırğızıstanda vəziyyət qeyri-sabitdir və hökumət yeni kütləvi iğtişaşların qarşısını almağa hazırdır.
APA-nın interfax.ru saytına istinadən verdiyi xəbərə görə, bunu Qırğızıstanın Dövlət Milli təhlükəsizlik xidmətinin sədri Keşenbek Duşev deyib.
O bildirib ki, əldə olunan məlumata görə ölkədə vəziyyətin yenidən gərginləşdirilməsinə cəhdlərin olunacağı gözlənilir.

Onun sözlərinə görə, yeni iğtişaşlarda narkotik maddələrin daşınması və satışı ilə məşğul olan qüvvələr maraqlıdır.

Buna görə də hökumət Tacikistanla sərhədin gücləndirməsi istiqamətində tədbirlər görür. Biz yeni iğtişaşların baş verməsinə yol verməyəcəyik, Duşev deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR