Bank Of Baku

Hindistanda baş vermiş qatar qəzasında ölənlərin sayı artmaqdadır

Hindistanda baş vermiş qatar qəzasında ölənlərin sayı artmaqdadır
# 19 iyul 2010 09:13 (UTC +04:00)
Bakı. Səidə İsmayılova-APA. Hindistanın şərqində Qərbi Benqaliya ştatında baş vermiş qəza nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb, təxminən 200 nəfərin isə yaralandığı bildirilir. APA-nın “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə , Kəlküttə yaxınlığında sərnişin qatarlarının toqquşması nəticəsində baş verən qəzada yaralanan 200 nəfərdən 15-i xəstəxanada dünyasını dəyişib, qalanlarının isə vəziyyəti ağırdır. İlkin məlumata görə, yaralıların dünyasını dəyişməsinə səbəb xəstəxanalarda donor qan çatışmazlığıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR