Bank Of Baku

Zahidanda terror aktı törədənlərdən 6 nəfəri öldürülüb

Zahidanda terror aktı törədənlərdən 6 nəfəri öldürülüb
# 19 iyul 2010 11:09 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. “İran tezliklə sərhədlərinin mühafizəsini gücləndirəcək”. APA-nın İran xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu İranın daxili işlər naziri Məhəmməd Mustafa Nəccar deyib. O bildirib ki, ABŞ-ın və İsrailin himayə etdiyi terrorçu qruplar vaxtaşırı İranda vəziyyəti qarışdırmaq üçün müəyyən təxribatlar və terror aktları törədirlər: “Biz bunu bilirik və bu cəhdlərin qarşısını alacağıq. Onlar qonşu ölkələrdə xüsusi təlim keçərək elə həmin ölkə vasitəsilə istər qanuni, istərsə də qeyri-qanuni şəkildə İran sərhədlərini keçib öz çirkin niyyətlərini həyata keçirirlər”.

Qeyd edək ki, İranın təhlükəsizlik qüvvələri 5 iyun axşamı Zahidan şəhər məscidində terror aktı törədənlərin izinə düşüb. Təhlükəsizlik qüvvələri ilə terrorçular arasındakı toqquşmada 6 terrorçu öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR