Bank Of Baku

Əhməd Davudoğlu Dəməşqdə Suriya, Livan və İraq liderləri ilə görüşüb

Əhməd Davudoğlu Dəməşqdə Suriya, Livan və İraq liderləri ilə görüşüb
# 19 iyul 2010 23:08 (UTC +04:00)
Bakı-APA. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Suriya səfəri çərçivəsində bir sıra ölkələrin liderləri ilə görüşüb. Suriya lideri Bəşər Əsəd və Livanın baş naziri Saad Həriri ilə görüşünün ardından Davudoğlu Türkiyənin Dəməşqdəki səfirliyində İraqın keçmiş baş naziri İyad Allavi, daha sonra isə İraqın şiə lideri Muqtəda əl Sədr ilə görüşərək İraqda hökumət qurulması məsələlərini müzakirə edib.

Görüş zamanı Davudoğlu və Muqtəda əl Sədr, İraqdakı son prosesləri dəyərləndiriblər. Əl Sədr Türkiyənin proseslərdəki mövqeyini təqdir edib. «Türk hökumətinin mövqeyi İraq xalqının və bölgənin mənafeyinə uyğundur. Türkiyənin mövqeyi milli və islami bir mövqedir», deyə Əl-Sədr bildirib.

Öz növbəsində Ə.Davudoğlu İraqın taleyini Türkiyənin taleyindən ayrı görmədiklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR