Bank Of Baku

Əfqanıstana yardım üzrə donor ölkələrin konfransı terror aktları ilə müşayiət olunub

Əfqanıstana yardım üzrə donor ölkələrin konfransı terror aktları ilə müşayiət olunub
# 20 iyul 2010 09:15 (UTC +04:00)
Kabil-APA. Kabildə Əfqanıstana yardım göstərən donor ölkələrin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb. APA-nın məlumatına görə, 50-dən artıq ölkənin xarici işlər nazirlərinin iştirak etdiyi konfransla əlaqədar paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilsə də, terror aktlarının qarşısını almaq mümkün olmayıb. Bu gün səhər Kabildə ən azı 4 partlayış qeydə alınıb. Partlayışlar xarici nümayəndəliklərin və hökumət qurumlarının yerləşdiyi məhəllənin yaxınlığında baş verib. Hazırda terror aktları ilə əlaqədar NATO təhlükəsizlik qüvvələri və əfqan polisi gücləndirilmiş rejimə keçib. İnsidentin təfərrüatları aydınlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR