Bank Of Baku

İranın Abadan şəhərində küllü miqdarda silah-sursat aşkar edilib

İranın Abadan şəhərində küllü miqdarda silah-sursat aşkar edilib
# 20 iyul 2010 09:38 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranın İraqla həmsərhəd bölgəsində yerləşən Abadan şəhərində qaçaqmalçılardan küllü miqdarda silah sursat aşkar edilərək götürülüb. APA-nın “FARS” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Abadan şəhər polis rəisi Cəfər Əkbəri deyib. O bildirib ki, polisin və təhlükəsizlik qüvvələrinin səyi nəticəsində cari ilin 3 ayı ərzində qaçaqmalçılardan 45 ədəd avtomat “Kalaşnikov” və digər müxtəlif növ silahlar aşkar edilərək götürülüb. Bundan əlavə küllü miqdarda narkotik və 10 min tondan çox anacaq məhsulu aşkar edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR