Bank Of Baku

BMT Qırğızıstandakı işgəncələrdən narahatdır

BMT Qırğızıstandakı işgəncələrdən narahatdır
# 20 iyul 2010 23:40 (UTC +04:00)
Bakı-APA. BMT-nin İnsan Haqları üzrə Komissarı Qırğızıstanda təhlükəsizlik qüvvələrinin regiondakı iğtişaşlar zamanı işgəncələrdən istifadə etməsi barədə bəyanatla çıxış edib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, BMT-nin Cenevredəki baş ofisinin açıqladığı bəyanatda Navi Pillay deyib ki, onun Qırğızıstandakı işçiləri həbsə alınanlardan məcburi tutulmalar, işgəncələr vasitəsilə zorakı ifadələrin alınmasına dəlalət edən sübutlara malikdirlər.
BMT-nin İnsan Haqları üzrə Komissarlığı belə hesab edir ki, Qırğızıstanın cənubi Oş və Cəlilabad şəhərlərində iyun ayındakı zorakılıqlardan bəri 1000-dən çox adam həbs edilib.
Bəyanatda həbsə alınma metodları və həbslərin durumu ilə bağlı dərin narahatlıqlar ifadə edilir.
BMT-nin İnsan Haqqları üzrə Komissarı Navi Pillay deyib ki, tutulanların əksəriyyəti gənc kişilərdir.
O həmçinin bildirib ki, onun regiondakı işçilərinin əlində, həbsə alınanlarla pis rəftar edilməsi, onların hətta zorakılıqlara məruz qalması barədə əsaslı dəlillər var.
Pillay həmçinin yerli rəsmilərin bu zorakılıq hallarına göz yumduqlarını deyib.
Onun sözlərinə görə, həbs edilənlərin ailə və vəkillərinə, o cümlədən insan haqları müdafiəçilərinə həyəcan təbili çalınmalı dərəcədə hədələr edilir və onlar qorxudulur.
Pillay qeyd edib ki, tutulanlardan məcburi şəkildə əslində törətmədikləri cinayətlər barədə zorakı ifadələrin alınması və ya onların azad edilməsi müqabilində onlardan böyük məbləğdə pulların istənilməsi barədə məlumatlar mövcuddur.
O, bu bəyanatı ilə regionda insan haqlarının davamlı müstəqil monitorinqinə və iyun zorakılıqlarının beynəlxalq istintaqına çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR