Bank Of Baku

“Qara qutu”nu icad edən alim ölüb

“Qara qutu”nu icad edən alim ölüb
# 21 iyul 2010 08:15 (UTC +04:00)
Bakı – APA. Təyyarələrdə quraşdırılan və “qara qutu” kimi tanınan qurğuları icad edən mühəndis vəfat edib. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, avstraliyalı mühəndis Devid Uorren iyulun 19-da 85 yaşında dünyasını dəyişib.

D. Uorren 9 yaşında olarkən atasını aviaqəzada itirib. O, 1952-ci ildə Melburn şəhərindəki Elmi-Tədqiqat Aeronavtika Laboratoriyasında çalışmağa başlayıb. Pilotların danışığını yazan qurğunun yaradılması ideyası ilk sərnişin kommersiya təyyarəsi “Cornet”in qəzaya uğramasının səbəblərinin araşdıran mütəxəssislər qrupunda olarkən onun ağlına gəlib. D. Uorren “qara qutu”nun ilk prototipini 1956-cı ildə təqdim edib. Əvvəlcə bu icad aviasiya şirkətlərinin marağına səbəb olmayıb. Lakin 1960-cı ildə Avstraliya hökuməti bütün sərnişin təyyarələrində məcburi şəkildə bu qurğunun quraşdırılması barədə qərar qəbul edib. Daha sonra Avstraliyanın nümunəsini digər ölkələr də tətbiq ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR