Bank Of Baku

İraqda Eşşək Partiyası qurulub

İraqda Eşşək Partiyası qurulub
# 21 iyul 2010 19:47 (UTC +04:00)
Bakı-APA. İraqın şimalında fəaliyyət göstərən Eşşəkləri Sevmə və Qoruma Dərnəyi, «Eşşək Partiyası» adında bir siyasi partiya qurub.

Əl Ərəbiyyə televiziyasının internet səhifəsində yer alan xəbərə görə, partiynan sədri seçilən Amr Kalul, bütün İraqdakı dərnək üzvlərinin partiya üzvlüyünə keçdiyini bildirərək «digər partiyalarla rəqabətə hazırıq", deyə bəyan edib.

Bölgədə 2005-ci ildə qurulan Eşşəkləri Sevmə və Qoruma Dərnəyi üzv sayının artmasıyla bir partiya qurma fikrinin ortaya çıxdığını bildirən Kalul partiyanin, öncə bölgədə təəccüblə qarşılandığını ancaq insanların vaxt keçdikcə bu ada alışdıqlarını qeyd edib.

Partiyanın mərkəzi qərargahına "han" (heyvan saxlama yeri), əyalətlərdəki partiya təşkilat mərkəzlərinə də "istibal" (handan balaca heyvan saxlama yeri) adlarını verdiklərini bildirən Eşşək Partiyası sədri Kalul partiyadakı iyerarxiyanın da böyük, orta və kiçik eşşəklərə verilən adlara uyğun şəkildə "himar (yüksək səviyyəli yetkili), itan (orta səviyyəli yetkili) və cahş (üzv) olaraq sıralanacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR