Bank Of Baku

Livan hərbçiləri məhkəmənin qərarına tabe olmaqdan imtina ediblər

Livan hərbçiləri məhkəmənin qərarına tabe olmaqdan imtina ediblər
# 22 iyul 2010 02:49 (UTC +04:00)
Bakı-APA. Livan hərbçiləri məhkəmənin keçmiş baş nazir Rafiq Həririnin ölümündə müqəssir saydığı «Hizbullah» təşkilatının üzvlərini həbs etməkdən imtina ediblər.

Bu barədə BMT-nin Xüsusi tribunalının prokuroru Daniel Belmar bildirib.

Belmar bəyan edib ki, Livan ordusunun komandanı qeyri-rəsmi olaraq onun «Hizbullah» üzvlərini həbs etmək barədə müraciətinə mənfi cavab verib.

Livanın keçmiş baş naziri Rafiq Həriri 2005-ci il fevralın 14-də öldürülüb. Məhkəmənin bu iş üzrə ilkin qərarı bu ilin sentyabrında veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR