Bank Of Baku

İranın Sistan və Bəluçestan vilayətində güclü tufan başlayıb

İranın Sistan və Bəluçestan vilayətində güclü tufan başlayıb
# 22 iyul 2010 14:09 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranın Sistan və Bəluçestan vilayətində baş verən güclü tufan nəticəsində Zabol şəhər aeroportu 4 günlüyə bağlanıb. APA-nın “İRİNN” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, tufanın surəti saatda 100 kilometrdir. Tozla qarışıq tufan vilayətin əsas yollarında avtomobillərin hərəkətində ciddi problemlər yaradıb, yollar bağlanıb. Havanı qatı duman tutduğundan təyyarələrin uçuşu təxirə salınıb. Vilayət polisinin məlumatına görə, çoxlu sayda avtomobil yollarda qalıb. Tufan nəticəsində vilayətdə ciddi işıq, qaz və su problemi yaranıb. Sistan və Bəluçestan vilayətinin şimal bölgəsinə tufan həddindən artıq ziyan dəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR