Bank Of Baku

İranda oğurluq edən 5 nəfərin əli kəsilib

İranda oğurluq edən 5 nəfərin əli kəsilib
# 23 iyul 2010 10:37 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Bu gün İranın Həmədan şəhərinin mərkəzi cəzaçəkmə müəssisəsində oğurluqda ittiham edilərək məhkum olunmuş 5 nəfərin əlləri kəsilib. APA-nın “Asriran” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Həmədan şəhər prokuroru Əkbər Bəyləri bildirib ki, məhkumların yaşları 25-dən yuxarıdır: “Onlar bir neçə dəfə avtomobil oğurladıqları, evlərdən oğurluq etdikləri, pul, qızıl-zinət əşyaları oğurladıqları və küçədə xanımların əl çantalarını oğurladıqları üçün əl kəsmə cəzasına məhkum ediliblər. Oğru öz əməli ilə hər şeydən əvvəl vətəndaşın şəxsiyyətini təhqir edir. Hətta vətəndaş onu bağışlasa da, Allahın qanununa görə oğurluq edən şəxs əməlinin cəzasını almalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR