Bank Of Baku

2013-cü ildən başlayaraq İran Türkiyəyə gündəlik qaz nəqlini 60 milyon kubmetrə çatdıracaq

2013-cü ildən başlayaraq İran Türkiyəyə gündəlik qaz nəqlini 60 milyon kubmetrə çatdıracaq
# 23 iyul 2010 12:44 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev -APA. İranla Türkiyə arasında 660 kilometr yeni qaz kəmərinin çəkilişi üçün 1 milyard avro dəyərində müqavilə imzalanıb. APA-nın “FARS” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, müqavilə Ankarada İranın milli neft naziri Seyid Məsud Mirkazimi və Türkiyənin təbii sərvətlər və energetika naziri Tanrı Yıldızın iştirakı ilə imzalanıb. Sənədi İran tərəfdən milli qaz nazirinin müavini Cavad Ovçi, Türkiyə tərəfdən isə “BOTAŞ” şirkətinin rəhbəri Fazil Şenel imzalayıb. İki ölkə arasında İrandan Türkiyəyə qaz nəqli barədə də saziş imzalanıb. Bu qaz sahəsində İranla Türkiyə arasında 4-cü razılaşmadır. İran Rusiyadan sonra Türkiyəyə qaz ixrac edən ikinci ölkədir. 2009-cu ildə İran Türkiyəyə 6,8 milyard kubmetr qaz ixrac edib.
İran və Türkiyə arasında 3 il ərzində tikiləcək qaz kəmərinin tikintisinin 77 faizini Türkiyə, 23 faizini isə İran Milli Qaz Şirkətinin maliyyələşdirəcək. Yeni qaz kəməri İranın əsas ana qaz xəttinə birləşdirəcək, bu kəmərlə sutka ərzində 120 milyon kub metr qaz nəql etmək mümkün olacaq. Razılaşmaya əsasən, qaz kəmərinin tikintisi başa çatdıqdan sonra İrandan Türkiyəyə gündəlik 60 milyon kubmetr qaz ixrac ediləcək. Bu qaz kəməri vasitəsi ilə İran qazının Avropaya nəqli də mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR