Bank Of Baku

Şimali Koreya ABŞ-ı və Cənubi Koreyanı “fiziki cavabla” hədələyir

Şimali Koreya ABŞ-ı və Cənubi Koreyanı “fiziki cavabla” hədələyir
# 24 iyul 2010 00:25 (UTC +04:00)
Bakı-APA. Şimali Koreya bildirib ki, ABŞ və Cənubi Koreya arasında planlaşdırılmış donanma təlimləri onun suverenliyinə və regiona təhlükədir.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, yüksək rütbəli Şimali Koreya rəsmisi deyib ki, belə təhlükələrin qarşısı "fiziki cavabla" alınacaq.
Öz növbəsində ABŞ və Şimali Koreya bildiriblər ki, onların bazar günü başlamış təlimləri Şimali Koreyanı təcavüzdən çəkindirmək məqsədi güdür.
Hər iki ölkə Şimali Koreyanı mart ayında Cənubi Koreyaya məxsus gəmini batırmaqda ittiham edir və rəsmi Pxenyanı buna görə cavab verməsini istəyir.
ABŞ Dövlət katibi Hillari Klinton Asiya dövlətlərini Şimali Koreyanı cənubla sülhə məcbur etmək üçün bu ölkəyə sanksiyalar tətbiq etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR