Bank Of Baku

Hindistanda qırıcı təyyarə qəzaya uğrayıb

Hindistanda qırıcı təyyarə qəzaya uğrayıb
# 24 iyul 2010 13:03 (UTC +04:00)
Bakı – APA. Hindistanda “MiQ-27” qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində azı 1 nəfər ölüb, 25 nəfər yaralanıb. APA-nın “The Times of İndia”ya istinadən verdiyi məlumata görə, qəza iyulun 24-də səhər Qərbi Benqaliya ştatı ərazisində baş verib. Təyyarə iki kənd arasındakı tarlaya düşüb. Nəticədə tarlada çalışan fermer Bi Rac ölüb. Daha 5 nəfərin vəziyyəti ağırdır. Pilot qəza zamanı paraşütlə tullanıb. Yerə atılarkən müxtəlif travmalar alan pilot xəstəxanaya çatdırılıb.

Hərbi bazadan qalxan təyyarə təlim uçuşu keçirirmiş.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR