Bank Of Baku

İran kosmosa adam göndərməyə hazırlaşır

İran kosmosa adam göndərməyə hazırlaşır
# 24 iyul 2010 13:31 (UTC +04:00)
Bakı – APA. İran 2019-cu ildə kosmosa adam göndərməyə hazırlaşır. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu prezident Mahmud Əhmədinejad deyib. O bildirib ki, İranın bu addımı ölkənin nüvə proqramlarını əngəlləməyə çalışan Qərb üçün ciddi zərbə olacaq: “İran əslində 2024-cü ildə kosmosa adam göndərməli idi. Lakin BMT Təhlükəsizlik Şurasının qətnamələri və hədə-qorxulara cavab olaraq bu proqram 5 il əvvələ çəkilib. Layihə 2019-cu ildə reallaşdırılacaq”.

Xatırladaq ki, bu ilin fevral ayında İran kosmosa içində siçan, tısbağa və soxulcanlar olan peyk göndərib. Telekommunikasiya naziri Reza Tagipur avqustun son həftəsində “Rasad-1” peykini kosmosa göndərəcəklərini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR