Bank Of Baku

Mahmud Əhmədinejad Dmitri Medvedevi ittiham edib

Mahmud Əhmədinejad Dmitri Medvedevi ittiham edib
# 24 iyul 2010 14:22 (UTC +04:00)
Bakı - APA. İran prezidenti Mahmud Əhmədinejad Rusiyanın ABŞ-ın antiiran kampaniyasına qoşulduğunu bəyan edib. APA-nın İSNA Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, Tehranda keçirilən Gənclər Festivalının qapanış mərasimində çıxış edən M. Əhmədinejad Rusiya prezidenti Dmitri Medvedevin də ABŞ-ın ilhamvericisi olduğu antiiran kampaniyasında rol aldığını bildirib: “Medvedev deyib ki, İran nüvə silahının yaradılmasına istiqamətlənib. Təəssüf edirik ki, Medvedev İranın düşmənlərinin ifadəsi ilə danışır”.

M. Əhmədinejad bildirib ki, D. Medvedevin ABŞ-ın hazırladığı “tamaşada” iştirakı Rusiyanın milli maraqlarına ziddir. O, İran və Rusiyanın dost ölkələr olduğunu və bu münasibətlərin davam edəcəyinə ümid etdiyini də söyləyib.

M. Əhmədnejadın sözlərinə görə, İsrail yaxın zamanlarda İrana dost olan ölkələrə qarşı hərbi əməliyyatlar keçirməyə hazırlaşır.

Qərbin İrana qarşı geniş miqyaslı qəsdə hazırlaşdığını da vurğulayan prezident bütün bunların qarşısının alınacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR