Bank Of Baku

İran, Braziliya və Türkiyənin XİN rəhbərləri uranın mübadiləsi məsələsini müzakirə edəcəklər

İran, Braziliya və Türkiyənin XİN rəhbərləri uranın mübadiləsi məsələsini müzakirə edəcəklər
# 25 iyul 2010 05:00 (UTC +04:00)
Bakı-APA. İran, Braziliya və Türkiyənin XİN rəhbərləri bazar günü İstanbulda görüşəcəklər. Görüş zamanı İrana məxsus uranın Türkiyə ərazisinə mübadiləsinə dair may ayında imzalanmış üçtərəfli razılaşmanı müzakirə edəcəklər.

Bu barədə Fars Press agentliyi İranın Xarici İşlər Nazirliyinin rəsmisi Ramin Mehmanpərəstin bəyanatına istinadən xəbər verir.

Bəyanatda deyilir ki, İranın xarici işlər naziri Mənüçöhr Mottəki “İranın uranın zənginləşdirməsinə dair niyyəti ilə bağlı hadisələrin inkişafı”nı müzakirə etmək üçün Türkiyə ərazisində Braziliyalı və Türkiyəli həmkarları Selsu Amorim və Əhməd Davudoğlu ilə görüşəcək.

May ayında imzalanmış razılaşmaya əsasən, sülh atom proqramı meyarları ilə nüvə silahı hazırladığına görə bir sıra Qərb ölkələri tərəfindən təqsirləndirilən İran özünün zəif zənginləşdirilmiş (3,5 faiz) uranından 1,2 ton Türkiyəyə verməli və müqabilində il ərzində 120 kiloqram 20 faizədək zənginləşdirilmiş nüvə yanacağı olmalıdır.

İranın nüvə proqramına dair vəziyyət İran Prezidenti Mahmud Əhmədinejatın fevralın 11-də 20 faizədək zənginləşdirilmiş uranla bağlı verdiyi bəyanatdan sonra kəskinləşib.

İran tərəfinin bildirdiyinə görə, 20 faizədək zənginləşdirilmiş uran Tehran elmi-araşdırma reaktorunun işi üçün və tibbi məqsədlər üçün istifadə olunacaq izotopların hazırlanması üçün lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR