Bank Of Baku

ABŞ Əfqanıstanla bağlı məxfi sənədlərin dərc edilməsini pisləyib

ABŞ Əfqanıstanla bağlı məxfi sənədlərin dərc edilməsini pisləyib
# 26 iyul 2010 17:44 (UTC +04:00)
Bakı-APA. ABŞ Əfqanıstandakı müharibə ilə bağlı on minlərlə məxfi sənədin dərc edilməsini pisləyib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, ABŞ rəsmiləri bildiriblər ki, bu, NATO və əfqan əsgərlərini təhlükə ilə üz-üzə qoyaraq milli təhlükəsizliyi hədə altına alır.
Məxfi sənədlər Britaniya, Amerika və Almaniyada dərc olunub.
Bu sənədlər əfqan münaqişəsi ilə bağlı açıqlanmamış hallara aiddir və burada Talibana yardım etdiyi üçün Pakistan ilə İran günahlandırılır.
Sənədlərdən birində yaraqlılarla Pakistanın sabiq kəşfiyyat rəisi leytenant general Həmid Gül arasındakı iddia edilən görüş təsvir edilib.
General Gül BBC radiosuna deyib ki, bu hesabat əsl uydurmadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR