Bank Of Baku

Pakistanda intiharçının həyata keçirdiyi bomba hücumu azı 7 nəfərin ölümü ilə nəticələnib

Pakistanda intiharçının həyata keçirdiyi bomba hücumu azı 7 nəfərin ölümü ilə nəticələnib
# 27 iyul 2010 00:39 (UTC +04:00)
Bakı-APA. Pakistanda intiharçının həyata keçirdiyi bomba hücumu azı 7 nəfərin ölümü ilə nəticələnib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Pakistan polisindən bildiriblər ki, ölkənin şimal-qərbindəki Xeybər-Paxtunxva vilayətinin naziri Mian İftixar Hüseynin evinin yaxınlığında intiharçının həyata keçirdiyi bomba hücumu azı 7 nəfərin ölümünə, 21 nəfərin isə yaralanmasına səbəb olub. Hadisə nazirin oğlunun qiyamçılar tərəfindən qətlə yetirilməsindən iki gün sonra baş verib.
Polis intiharçının bombanı insanların nazirə başsağlığı vermək üçün gəldiyi vaxt işə saldığını deyir. Partlayış zamanı azı 3 polis işçisinin də öldüyü xəbər verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR