Bank Of Baku

İran Hərbi Hava Qüvvələri irimiqyaslı təlimlərə başlayır

İran Hərbi Hava Qüvvələri irimiqyaslı təlimlərə başlayır
# 27 iyul 2010 16:25 (UTC +04:00)
Bakı – APA. İyulun 31-də İran Hərbi Hava Qüvvələrinin «Səma fədailəri» adlı genişmiqyaslı təlimləri başlayacaq. Təlimlər bir həftə davam edəcək və burada İranın bütün hərbi hava bazaları iştirak edəcək. APA-nın məlumatına görə, bu, artıq ikinci analoji toplantıdır.

İran KİV-in yaydığı məlumata əsasən, təlimlərdə 40-dan artıq növdə təyyarələr, o cümlədən F-4, F-5, F-7 qırıcıları, Su-24 bombardmanları, pilotsuz təyyarələr iştirak edəcək, həmçinin müxtəlif silahlar sınaq keçiriləcək.

Təlimlərin keçirilməsində əsas məqsəd müasir silah və texnikanın istifadəsi ilə taktiki hərəkətlərin uzlaşdırılması və təkmilləşdirilməsidir, habelə İranın hərbi hava qüvvələrinin döyüş hazırlığı səviyyəsinin artırılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR