Bank Of Baku

Əfqanıstanda yeddi polyak əsgər yaralanıb

Əfqanıstanda yeddi polyak əsgər yaralanıb
# 27 iyul 2010 22:47 (UTC +04:00)
Bakı-APA. Əfqanıstanda patrul xidməti çəkən yeddi polyak əsgər silahlı basqın nəticəsində xəsarət alıb. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Əfqanıstanın Gazni vilayətində 7 polyak əsgərin olduğu zirehli patrul maşını terrorçular tərəfindən partladılıb. İki əsgərin ağır vəziyyətdə olduğu bildirilir.

Yaralılar vertolyotlar vasitəsilə Gazni xəstəxanasına çatdırılıblar.
Polşa hərbi kontingenti Əfqanıstanda olduğu müddətdə 19 əsgər itirib.

Hal-hazırda Əfqanıstanda 2600 polyak əsgər xidmət edir.
Polyaklar Kabul və Qəndəhar arasında yerləşən Gazni bölgəsində xidmət aparırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR