Bank Of Baku

Əfqanıstanda itkin düşən ABŞ əsgərlərindən birinin cəsədi tapılıb

Əfqanıstanda itkin düşən ABŞ əsgərlərindən birinin cəsədi tapılıb
# 28 iyul 2010 03:47 (UTC +04:00)
Bakı-APA. NATO rəhbərliyin bildirdiyinə
görə, ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin itkin düşmüş iki əsgərindən birinin cəsədi Əfqanıstanın şərqində aşkar edilib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, açıqlanan bəyanatda cəsədin, intensiv axtarışlardan sonra aşkar edildiyi deyilir. NATO ikinci əsgər tapılana qədər əməliyyatların və axtarışların davam etdiriləcəyini bildirib. Taliblər atışma zamanı əsgərlərdən birinin öldürüldüyünü, digərinin isə əsir götürüldüyünü bildirib.
ABŞ əsgərləri cümə günü Əfqanıstanın Loqar vilayətində, terrorçuların nəzarəti altında olan əraziyə daxil olarkən itkin düşmüşdülər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR