Bank Of Baku

Yaponiyada ölüm hökmü icra edilib

Yaponiyada ölüm hökmü icra edilib
# 28 iyul 2010 22:37 (UTC +04:00)
Bakı-APA. Yaponiyada məhkəmə tərəfindən adam öldürməyə görə iki cinayətkara çıxarılmış ölüm cəzası icra edilib.

APA-nın RFI radiosuna istinadən verdiyi xəbərə görə, bu ölkənin Demokrat Partiyası hakimiyyətə gələn ildən ilk dəfə baş verib. Mərasimdə Yaponiyanın ədliyyə naziri Keyko Tiba iştirak edib.
Hakim partiya ölüm cəzasına moratorium qoyulmasının tərəfdarı deyil. Lakin ədliyyə naziri Keyko Tiba ölüm cəzasının əleyhinədir. Onun fikrincə ölüm cəzasının ləğv edilməsi məsələsinə hərtərəfli baxmaq üçün xüsusi departament şurası yaradılması vacibdir.
Bu gün dünyada 130 ölkə ölüm cəzasını tətbiq edir, 68 ölkə isə bu cəzanı ləğv edib
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR