Bank Of Baku

Facebook qətllərində şübhəli yaxalanıb

Facebook qətllərində şübhəli yaxalanıb
# 29 iyul 2010 00:23 (UTC +04:00)
Bakı-APA. Filippin polisi Facebook saytından istifadə edərək bir neçə qətl törətməkdə şübhəli şəxsi aşkar edib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, 28 yaşlı Mark Dizon üç əcnəbi daxil olmaqla doqquz adamı öldürməkdə şübhəlidir. Kompüter ustası olan bu şəxsin qətlləri ölkənin şimalındakı Anxeles şəhərində həyata keçirdiyi deyilir. Şübhəlinin özü ittihamları rəd edir.
Müəmmalı qətllər silsiləsi iyulun 12-də başlayıb. Kanadalı Cefri Benuin filippinli rəfiqəsi ilə birlikdə mehmanxana otağında odlu silahla öldürülüblər. Dörd gün sonra Britaniya vətəndaşı Ceyms Porter və onun sevgilisi də qətlə yetiriliblər.
Ötən həftə 70 yaşlı amerikalı Albert Miçel və onun filippinli həyat yoldaşı, üç ev xidmətçisi ilə birlikdə öldürülüblər.
Bu qətllərdən sonra polis istintaqda yeni dəlillər əldə edib. Bir neçə şahid hadisə yerindən uzaqlaşan silahlının zahiri görünüşü barədə polisə ifadə verib.
Anxeles şəhər polisinə əsasən, Miçel ailəsinin dostlarından biri bu təsvirin, onların qızının Facebookdakı dostlarından birinə çox oxşamasını polisə xəbər verib.
Polis Dizonun Facebookdakı şəklini şahidlərə göstərərkən onlar həmin şəxsi hadisə yerindən qaçan gördüklərini təsdiqləyiblər.
Bundan az sonra Mark Dizon həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR