Bank Of Baku

Həmid Kərzay Əfqanıstana dair sənədlərin acıqlanmasını pisləyib

Həmid Kərzay Əfqanıstana dair sənədlərin acıqlanmasını pisləyib
# 29 iyul 2010 17:55 (UTC +04:00)
Bakı-APA. Əfqanıstan prezidenti Həmid Kərzay deyib ki, WikiLeaks saytında ABŞ-ın məxfi hərbi sənədlərinin açıqlanması Əfqanların həyatını təhlükə altına alır.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, sənədlərdə 100-lə Əfqan xəbərçisinin adları açıqlanıb. Həmid Kərzay bu hərəkəti məsuliyyətsiz hərəkət adlandırıb.
Onun fikrincə məlumat verən adamların adlarının dərc olunması şokedici təsirə malik olub.
Həmid Kərzay hökumət üzvlərini 90 minə qədər sənədi xırdalıqlarına qədər öyrənməyi tapşırıb.
Əfqanıstan prezidenti deyib ki, onun hökumətini ilk növbədə mülki əhali arasında itkilərin və xəsarət alanların miqyası maraqlandırır.
Eləcə də Pakistanla sərhəd xətti boyu sığınacaq tapan terrorçuların da araşdırmaların məqsədi olacaq.
Bundan əvvəl ABŞ Əfqanıstandakı müharibə ilə bağlı on minlərlə məxfi sənədin dərc edilməsini pisləmişdi.
ABŞ bildirib ki, bu, NATO və əfqan əsgərlərini təhlükə ilə üz-üzə qoyaraq milli təhlükəsizliyi hədə altına alır.
Sənədlər Britaniya, Amerika və Almaniyada dərc olunub.
Bu sənədlər əfqan münaqişəsi ilə bağlı açıqlanmamış hallara aiddir və burada Talebana yardım etdiyi üçün Pakistan ilə İran günahlandırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR