Bank Of Baku

İranda törədilmiş terror aktında ölənlərin sayı 11-ə çatıb, 50-dək yaralı var - YENİLƏNİB

İranda törədilmiş terror aktında ölənlərin sayı 11-ə çatıb, 50-dək yaralı var - <font color=red>YENİLƏNİB</font>
# 22 sentyabr 2010 14:05 (UTC +04:00)
APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, Qərbi Azərbaycan vilayətinin başçısının müavini İsa Qənbəri partlayış zamanı ölən və yaralananların hamısının qadın olduğunu deyib. O bildirib ki, 50-dək yaralıdan 12-nin vəziyyəti ağır olaraq qalır. Yaralıların içərisində 6 aylıq 1 oğlan uşağı da var.

Partlayış parada tamaşaçı qismində gələnlərin arasında törədildiyindən hərbçilər arasında ölən və yaralanan olmayıb. Partlayıcı böyük çantanın içərisində gizlədilib və hərbi paradı izləməyən gələn kütlənin sıx toplaşdığı yerdə işə salınıb. Hazırda araşdırmalar davam edir. İndiyə qədər terror aktını heç bir qruplaşma öz üzərinə götürməyib. Qərbi Azərbaycan əyalətinin qubernatoru Vahid Cəlalzadə isə hadisədən dərhal sonra terror aktının arxasında inqilab əleyhdarlarının dayandığını bəyan edib. Lakin o, konkret hansı qrupu nəzərdə tutduğunu deməyib.

Qeyd edək ki, Qərbi Azərbaycanda kürd terror qrupları aktivliyi ilə seçilir. Bu il fevralın axırında İran hakimiyyət dairələri əyalətin ərazisində kürd terrorçulardan 4-nün məhv edildiyini açıqlayıb.

Xatırladaq ki, İraqın 1980-ci ildə İrana hücum etdiyi gün İranda “Müqəddəs müdafiə” həftəsi kimi qeyd olunur. Bu münasibətlə Tehran və başqa şəhərlərdə hərbi texnikanın nümayiş olunduğu hərbi paradlar keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR