Bank Of Baku

Vera Kobaliya: "Gələn ildən İsrail ilə Gürcüstan arasında viza rejimi ləğv oluna bilər.

Vera Kobaliya: "Gələn ildən İsrail ilə Gürcüstan arasında viza rejimi ləğv oluna bilər.
# 13 oktyabr 2010 01:24 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. İsrail ilə Gürcüstan arasında viza rejimi ləğv oluna bilər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri Vera Kobaliya bildirib. Məlumata görə, Vera Kobaliya oktyabrın 12-də Gürcüstana səfərə gələn İsrailin turizm naziri Stas Misejnikov ilə görüşüb. Görüşdə viza məsələsi də müzakirə edilib. "Bu məsələ barədə iş gedirdi. Təqribən gələn ildən ölkələr arasında viza rejimi ləğv oluna bilər." Nazilərin görüşündə turizm məsələsi də müzakirə edilib. Vera Kobaliyanın dediyinə görə, bu il İsraildən gələn turistlərin sayı 20% təşkil edib. V. Kobaliya vurğulayıb ki, İsrailin turizm naziri Gürcüstanın Siqnaxi və Kvareli bölgələrinə səfər edib. "İsrail turistləri üçün ən maraqlı yerlər qış fəsli zamanı qış kurortlarıdır. Biz onlara Mestiya bölgəsi barədə ətraflı məlumat verdik. Qış fəslində biz İsraildən çoxlu turistlərin gəlişini gözləyirik, - "deyə Vera Kobaliya bildirib.
Qeyd edək ki, İsrail turizm nazirinin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 12-dən Gürcüstanda səfərdədir. Səfər 4 gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR