Bank Of Baku

İki Almaniya vətəndaşı Təbrizdə Səkinə Aştiyaninin ailəsindən müsahibə götürdüyünə görə həbs olunub

İki Almaniya vətəndaşı Təbrizdə Səkinə Aştiyaninin ailəsindən müsahibə götürdüyünə görə həbs olunub
# 15 oktyabr 2010 11:18 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın Təbriz şəhərinə turist vizası ilə gələrək jurnalist fəaliyyəti ilə məşğul olan iki Almaniya vətəndaşı həbs edilib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İranın baş prokuroru Qulamhüseyn Möhsini Ejei bildirib ki, Almaniya vətəndaşları jurnalist fəaliyyətinə icazə verən heç bir sənədləri olmadığı halda, ölüm cəzasına məhkum edilmiş Səkinə Aştiyaninin ailəsi ilə görüşüb, qeyri-qanuni müsahibə alıblar. Saxlanılan şəxslər qanunsuz əməl törətdiklərini etiraf ediblər.

Q. Möhsini keçmiş prezident Haşimi Rəfsəncaninin oğlu barəsində verilmiş həbs qərarının icrası məsələsinə də münasibət bildirib. Baş prokuror zərurət yaranarsa, hazırda İrandan Mehdi Haşiminin İnterpol xətti ilə həbs ediləcəyini vurğulayıb: “Hazırda bu məsələ üzərində iş gedir. Mehdi Haşimi bir müttəhimdir və həbsdən yayına bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR