Bank Of Baku

Buşəhrin işə düşməsi ABŞ və Rusiya razılığının nəticəsidir

Buşəhrin işə düşməsi ABŞ və Rusiya razılığının nəticəsidir
# 27 oktyabr 2010 01:39 (UTC +04:00)
Bakı-APA. İran özünün birinci nüvə stansiyasına yanacaq yükləməyə başlayıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin dövlət televiziyası xəbər verib.
Bu, Buşəhr nüvə stansiyasının işə salınmasında əsas mərhələ hesab olunur. Stansiya 2011-ci ildən başlayaraq elektrik istehsal etməyə başlayacaq.
İranın cənubunda yerləşən stansiyanı Rusiya idarə edəcək. O nüvə yanacağı təchiz edərək, nüvə tullantısının zərərsizləşdirilməsini də həyata keçirəcək.
İranın ayrıca uranı zənginləşdirmə proqramı qərb dövlətlərini narahat edib. Onlar İranın proqramın dinc məqsədlər daşıması haqqında iddialarına etibar etmirlər.
Ekspertlər deyirlər ki, nə qədər ki Buşəhr stansiyasına Rusiya idarəçilik edir və o BMT-nin nüvə agentliyi BATENA-nın nəzarəti altında işləyir, nüvə silahının yayılması imkanı çox azdır.
Buşəhrdə istifadə olunan uran yanacağının zənginləşdirmə səviyyəsi nüvə silahı üçün tələb olunandan xeyli aşağıdır.
Silah üçün tələb olunan uran 90%-dən artıq zəngin olmalıdırsa, Buşəhrdə istifadə edilən yanacaq 3.5% zənginləşdirilib.
Ehtimal olunur ki, Qərb Rusiya ilə razılığa gələrək, Buşəhrin işə salınmasına yaşıl işıq verib. Vaşinqton əvəzində Rusiyanın İrana qarşı yeni sanksiyalara dəstək verməsini gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR