Bank Of Baku

Türkiyədə Əl-Qaidəyə qarşı əməliyyat keçirilib

Türkiyədə Əl-Qaidəyə qarşı əməliyyat keçirilib
# 27 oktyabr 2010 03:35 (UTC +04:00)
Bakı-APA. İstanbul və Van şəhərlərində Əl-Qaidə terror təşkilatına qarşı keçirilən əməliyyatlar nəticəsində 12 nəfər nəzarətə alınıb.
APA-nın CNNTURK agentliyinə istinadən verdiyi xəbərə görə, İstanbul Təhlükəsizlik müdirliyin terrorla mübarizə və kəşfiyyat şöbəsinin əməkdaşları və Van Təhlükəsizlik müdirliyi birgə Əl Qaidə terror təşkilatı ilə əlaqəsi olan bir qrup şəxsin yaxalanması ilə bağlı əməliyyat keçirib.
İstanbulun müxtəlif bölgələrində və Vanda terror təşkilatı ilə əlaqəli şübhəli bilinən 12 adam nəzarətə alınıb.
Aparılan axtarışlarda müxtəlif növ silahlar, bomba istehsalında istifadə edilən vəsaitlər, partlayıcı maddələr, çox sayda sənəd və elektron vəsait ələ keçirilib.
Istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR