Bank Of Baku

Əfqanıstanda yolkənarı bomba partlayışı nəticəsində azı üç polis zabiti həlak olub

Əfqanıstanda yolkənarı bomba partlayışı nəticəsində azı üç polis zabiti həlak olub
# 29 oktyabr 2010 02:18 (UTC +04:00)
Bakı-APA. Əfqan hökumətin nümayəndələri Əfqanıstanın cənubunda yolkənarı bomba partlayışı nəticəsində azı üç polis zabitinin həlak olduğunu bildiriblər.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, hadisə Zabul vilayətində baş verib. NATO bildirib ki, Əfqanıstanın başqa cənub bölgəsində bomba hücumu nəticəsində NATO-nun bir əsgəri həlak olub. Doqquz il davam edən müharibə ərzində bu il Əfqanıstandakı beynəlxalq qüvvələrin ən çox tələfat verdiyi il olub. Əfqan və koalisiya qüvvələrinin Qəndəhar və ətraf rayonlarda Taliban yaraqlılarını hədəf alandan bəri zorakılıq artıb. Əfqanıstanın Müdafiə Nazirliyinin nümayəndəsi general Məhəmməd Zahir Əzimi müxbirlərə əməliyyatın bitməsinə az qaldığını və bir çox ərazinin yaraqlılardan təmizləndiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR