Bank Of Baku

İraqda intiharçı hücumu 26 adamın həyatına son qoydu

İraqda intiharçı hücumu 26 adamın həyatına son qoydu
# 30 oktyabr 2010 17:49 (UTC +04:00)
Bakı-APA. İraq hökumətin nümayəndələri Bağdaddan şimal-şərqdə yerləşən kafedə baş vermiş partlayış nəticəsində həlak olanların sayının 26 nəfərə çatdığını bildiriblər.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, partlayış Diyala vilayətinin Balad Ruz qəsəbəsində baş verib. Bu qəsəbə əsasən şiə kürdlərin məskunlaşdığı ərazidə - Bakuba şəhəri və İran sərhədi arasında orta nöqtədə yerləşir. Polis rəsmisi bildirir ki, intiharçı bədəninə sarıdığı partlayıcı maddələrlə dolu kəməri populyar kafenin içərisində işə salıb. Azı 45 adam yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR