Bank Of Baku

Bağdadda terrorçular tərəfindən ələ keçirilmiş kilsədə keçirilən əməliyyat zamanı 52 nəfər ölüb

Bağdadda terrorçular tərəfindən ələ keçirilmiş kilsədə keçirilən əməliyyat zamanı 52 nəfər ölüb
# 01 noyabr 2010 13:11 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu “Reuters”ə İraq Daxili İşlər Nazirliyindən bildiriblər. Agentlik bu rəqəmlərin ölən və yaralanan dinc sakinlərlə polislərə aid olduğunu açıqlayıb.

“Əl-Qaidə” silahlıları tərəfindən ələ keçirilmiş kilsədə 100-dən çox adam olub. Kilsə ayin zamanı terrorçuların hücumuna məruz qalıb. Olayın şahidlərindən biri ilk atəşlərdən sonra keşiş və ibadətə gəlmiş bir çox insanın güllə yaraları alaraq yerə yıxıldığını deyib. Silahlılardan biri “Al-Bagdadia” telekanalına telefon edərək “Əl-Qaidə”nin özəyini təşkil edən “İraq İslam Dövləti” adlı sünni qruplaşmasını təmsil etdiklərini söyləyib. O, İraq və Misirdə həbsdə saxlanılan silahdaşlarının azad olunmasını tələb edib. Terrorçu 48 saat ərzində girovlardan yalnız qadınları sərbəst buraxacaqlarını bildirib. Danışıqlar davam edərkən hadisə yerinə İraq xüsusi təyinatlıları və ABŞ hərbçiləri gəlib. Onlar kilsənin azad edilməsi üçün əməliyyata başlayıblar. İlk uğursuz cəhddən sonra 19 girovu xilas etmək mümkün olub. Əməliyyat zamanı 5-7 silahlının öldürüldüyü, 10 nəfərin yaxalandığı xəbər verilir. Bağdadın cənub-şərq rayonunun polis rəisi Əli İbrahim əməliyyatın başa çatdığını və sağ qalmış bütün girovları azad etdiklərini söyləyib.

Qeyd edək ki, hazırda İraqda 1,5 milyona yaxın xristian yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR