Bank Of Baku

ABŞ dövlət katibi Kambocada səfərdədir

ABŞ dövlət katibi Kambocada səfərdədir
# 01 noyabr 2010 21:58 (UTC +04:00)
Bakı-APA. Dünən Kamboca paytaxtına səfər edən Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton regionda davamlı sülhün bərpası məqsədi ilə Kxmer Ruj - Qırmızı Kxmerlərin liderlərinin məhkəmə işinə baxan BMT tribunalının prokurorlarına dəstəyini təklif edib. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Xanım Klinton eləcə də, baş nazir Hun Senin “çirkli pullar” adlandırdığı Vyetnamla müharibə dövründən qalan 445 milyon dollar borc məsələsinin də müzakirəsi barədə razılığa gəlindiyini bildirib. ABŞ dövlət katibi Qırmızı Kxmerlərin hakimiyyəti zamanı işgəncələr məruz qalaraq öldürülən minlərlə insanın saxlandığı hənsxanada olduğunu və bundan dərin kədər hissi keçirdiyini deyib.

Beynəlxalq tribunal sabiq həbnsxana müdirini həbs cəzasına məhkum etmiş, Qırmızı Xmerlərin yüksək vəzifəli 4 liderinin işinə isə ikinci dəfə baxılmasını istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR