Bank Of Baku

İsrail Avropa İttifaqının üzvü olmaq istədiyini bəyan edib

İsrail Avropa İttifaqının üzvü olmaq istədiyini bəyan edib
# 04 noyabr 2010 02:13 (UTC +04:00)
Bakı-APA. İsrail Avropa İttifaqının üzvü olmalıdır. İsrail XİN başçısı Aviqdor Liberman belə bir bəyanatla çıxış edib.

«Biz iqtisadi, mədəni, turizm, insani dəyərlər planında özümüzü vahid Avropanın bir hissəsi hiss edirik və İsrail Avropa İttifaqının üzvü olmalıdır», deyə Liberman bildirib.

«Müasir Avropanı, müasir Rusiyanı yəhudi ruhu olmadan təsəvvür etmək mümkün deyil», deyə israilli nazir qeyd edib.

Onun sözlərinə görə, İsrail «özünü Avropanın bir hissəsi kimi görür və sərhədlərin dəyişdirilməsinə can atmır».

«İsrail heç kimdən heç nəyi almağa can atmır, lakin heç kimə də heç nə verməyəcək», deyə Liberman bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR