Bank Of Baku

İranda 5 nəfər edam edilib

İranda 5 nəfər edam edilib
# 09 noyabr 2010 11:51 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın Gülüstan vilayətinin Gombəde Kavus şəhərində 5 nəfər narkotik qaçaqmalçısı edam edilib.

APA-nın “İSNA”ya istinadən verdiyi məlumata görə, narkotik qaçaqmalçıları qrup şəklində ölkəyə narkotikin gətirilməsi və onun lazımi qaydada ölkənin şəhərlərində yayılması ilə ciddi məşğul olublar.

İran polisinin araşdırmaları nəticəsində qrupun cinayət tərkibli əməlləri sübuta yetirilib. İslam İnqilabı Məhkəməsinin məhkumlar barədə çıxardığı edam hökmü bu gün icra edilib. Qrupun 5 üzvü Gombəde Kavusdakı cəzaçəkmə məntəqəsinin həyətində edam edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR