Bank Of Baku

İran «altılıq»la nüvə proqramının müzakirəsinin gələn həftə keçirilməsini təklif edib

İran «altılıq»la nüvə proqramının müzakirəsinin gələn həftə keçirilməsini təklif edib
# 09 noyabr 2010 23:49 (UTC +04:00)
Bakı-APA. İran «altılıq»la nüvə proqramının müzakirəsinin gələn həftə keçirilməsini təklif edib. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya ilə müzakirələr təklifi İranın xarici işlər naziri Mənuçehr Mottəki tərəfindən irəli sürülüb. İranın Mehr xəbər agentliyi nazirə istinadən bildirib ki, müzakirələrin noyabrın 15-də keçirilməsi nəzərdə tutulur. İranın xarici işlər naziri deyib ki, qarşıdan gələn danışıqlarda liderlər İranla bağlı qarşıdurma mövqeyini dəyişməlidir. Mənuçehr Mottəki bu təkliflə Tehranda keçirilən Asiya Əməkdaşlıq Forumunda çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR