Bank Of Baku

İranda baş verən iki yol qəzasında 8 nəfər ölüb

İranda baş verən iki yol qəzasında 8 nəfər ölüb
# 11 noyabr 2010 12:18 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın İsfahan vilayətinin Firudinşəhər bölgəsində ağır yol qəzası baş verib. APA-nın İran polisinin rəsmi xəbər saytına - “news.police”yə istinadən verdiyi məlumata görə, hadisə yük maşınının düzgün idarə edilməməsi nəticəsində baş verib. Firudinşəhər polis idarəsinin rəisi, mayor Həsən Dəşti bildirib ki, yük maşınını sürücüsü idarəetməni itirərək əks istiqamətdə hərəkət edən minik avtomobilinin yoluna çıxaraq onunla toqquşub. Minik avtomobilində olan 5 nəfər sərnişin hadisə yerində həlak olublar. Məlumatda bildirilir ki, oxşar hadisə bu gün Həmədan vilayətində baş verib. 2 minik maşınının toqquşması nəticəsində 3 nəfər dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR