Bank Of Baku

Pakistanda partlayış nəticəsində 15 nəfər həlak olub

Pakistanda partlayış nəticəsində 15 nəfər həlak olub
# 11 noyabr 2010 21:51 (UTC +04:00)
Bakı-APA. Pakistanın Kəraçi şəhərinin mərkəzində güclü partlayış baş verib. Hadisə nəticəsində ən azı 15 nəfər həlak olub, 30-dan artıq insan yaralanıb.

Partlayış polis departamenti binasının yaxınlığında baş verib.

Hadisənin baş verdiyi ərazi xüsusi qorunan rayondur. Yaxınlıqda ABŞ konsulluğu, 2 bahalı otel və hökumət binaları yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR