Bank Of Baku

Cəlal Tələbani növbəti müddətə İraq prezidenti seçilib

Cəlal Tələbani növbəti müddətə İraq prezidenti seçilib
# 12 noyabr 2010 03:14 (UTC +04:00)
Bakı-APA. Cəlal Tələbani İraq prezidenti vəzifəsini qoruyub saxlaya bilib. Onun namizədliyini parlamentin 195 deputatı dəstəkləyib.

Səsvermə sünni icmasının səslərini qazanmış «Əl-İraqiyyə» blokunun deputatlarının çoxunun iştirakı olmadan keçirilib. Blok nümayəndələri bəəsçiliklə mübarizə aparan «Ədalət və məsuliyyət komissiyası»nın 3 deputatın hökumət vəzifəsini tutmasını qadağan edən qərarının ləğv olunmasını tələb ediblər. «Əl-İraqiyyə»nin təklifi keçmədiyindən blokun 60-a yaxın nümayəndəsi etiraz əlaməti olaraq zalı tərk ediblər.

Parlamentdə ümumilikdə 325 yer var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR