Bank Of Baku

20-lərin sammiti başa çatıb

20-lərin sammiti başa çatıb
# 12 noyabr 2010 22:35 (UTC +04:00)
Bakı-APA. Cənubi Koreyanın paytaxtı Seulda dünyanın 20 ən inkişaf etmiş sənaye dövlətinin zirvə görüşü sona çatıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, müzakirə edilməli məsələ çox olsa da, liderlərin ən çox vaxtını almış məsələ valyuta siyasəti barədə mübahisələr olub.
Böyük 20-liyin zirvə görüşündən qabaq qrupun bəzi üzvləri, ən çox da Çin və ABŞ-ın öz valyutalarının dəyərini bilərəkdən aşağı salamasına dair şikayətlər eşidilirdi.
Zirvə görüşünün komyunikesində bazarın tələbi ilə müəyyən olunan valyuta siyasətinə doğru addımlar vəd edilir. Sənəddə deyilir ki, valyutaların rəqabətli devalvasiyasının qarşısını almaq üçün tədbirlər həyata keçiriləcək. Amma sənədin belə yazılması onun müxtəlif yozumlarına imkan yaradır.
Lakin Çin bunu əvvəllər də söz versə də, nə vaxt edəcəyinə dair konkret vaxt öhdəliyi götürməyib. Pekin daima israr edir ki, yuanın dəyərini fəal şəkildə azaltmır, sadəcə onun qalxmasına imkan vermir.
Zirvəgörüşü eləcə də qlobal iqtisadi büdcə kəsirləri ilə yaxından məşğul olunacağını vəd edib.
Lakin hətta onların nə olması aydın göstərilməyib və sadəcə deyilib ki, maliyyə nazirləri bu məsələyə gələn il qayıdacaqlar.
ABŞ, Çin və Cənubi Koreya arasında danışıqların çətin keçdiyi xəbər verilir.
Komyunikenin mətnindən bəlli olur ki, həmin təmaslar elə də məhsuldar olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR