Bank Of Baku

İran rus pilotları ölkədən çıxaracaq

İran rus pilotları ölkədən çıxaracaq
# 13 noyabr 2010 08:40 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. “Bəzi ölkələr iranlı pilotların xidmətindən istifadə etdikləri halda İranın bəzi aviaşirkətləri rus pilotların xidmətindən yararlanırlar”. APA-nın “İRİNN” ə istinadən verdiyi məlumata görə, bu sözləri İranın nəqliyyat naziri Həmid Behbəhani deyib. O bildirib ki, ölkədə olan cavan pilotlar aviaşirkətlərdə işləmək üçün yüksək imtiyaza malikdirlər: “Aviaşirkətlərin rəhbərləri bilməlidirlər ki, üstünlük iranlı pilotlara verilməlidir”. Qeyd edək ki, rus pilotların ölkədən çıxarılması məsələsi İranda bu pilotlarının idarə etdiyi təyyarələrdə qəza saylarının artmasından sonra gündəmə gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR