Bank Of Baku

Tehran Nigeriyada İran silahının ələ keçirilməsini «anlaşılmazlıq» adlandırıb

Tehran Nigeriyada İran silahının ələ keçirilməsini «anlaşılmazlıq» adlandırıb
# 15 noyabr 2010 20:02 (UTC +04:00)
Bakı-APA. Nigeriyada guya ki, ələ keçirilmiş İran silahı məsələsi «anlaşılmazlıq» olub. İran XİN başçısı Mənuçöhr Mottəki belə bir bəyanatla çıxış edib.

«Hadisədə iştirak etmiş özəl şirkətin işçisi olan İran vətəndaşı artıq Nigeriya rəsmilərinə müvafiq izahat verib və insident bitib», deyə Mottəki bildirib.

Məlumat verildiyi kimi, İrandan gələn qeyri-qanuni yük Nigeriyanın Laqos limanında oktyabrın 27-də ələ keçirilib. Nigeriya media orqanlarının məlumatına görə, İranın Bəndər-Abbas limanından gələn gəmi bir neçə saatlıq Laqos limanına daxil olub və 13 konteyneri boşaltdıqdan sonra gedib. Sənədlərdə yükün tikinti materialları olduğu göstərilib. Nigeriya təhlükəsizlik orqanları isə konteynerlərdə silah və partlayıcı aşkar ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR