Bank Of Baku

İsrail Şərqi Qüdsdə yeni evlərin tikintisini təxirə salıb

İsrail Şərqi Qüdsdə yeni evlərin tikintisini təxirə salıb
# 16 noyabr 2010 04:55 (UTC +04:00)
Bakı-APA. İsrail rəsmiləri Şərqi Qüdsdə yeni evlərin tikintisi planına baxmağı təxirə salıblar. APA-nın məlumatına görə, bu plan 1967-ci il sərhədindən şərqdə olan Qüdsün Gilo məhəlləsi yaxınlığında 130 mənzilin tikintisini nəzərdə tuturdu.

Qüds tikinti komitəsi hələ ötən həftə plana baxacağını bildirmişdi. Nəticədə ABŞ və digər ölkələr İsraili tənqid atəşinə tutmuşdular. İsrail mətbuatının yazdığına görə, nəticədə baş nazir Binyamin Netanyahunun dəftərxanası bələdiyyəyə təzyiq göstərib.

«İndi tikmək vaxtı deyil», deyə bələdiyyə üzvlərindən biri bildirib.

Bu çərşənbə günü İsrailin hərbi-siyasi kabinetinin ABŞ-ın birbaşa Fələstin-İsrail danışıqlarının bərpa olunması barədə təklifini nəzərdən keçirməsi gözlənilir. Bu plana əsasən, İsrail İordan çayının qərb sahilində yəhudi məskənlərinin tikilməsinin daha 3 ay dondurulması barədə qərar qəbul etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR