Bank Of Baku

İran Türkiyədə NATO-nun raket hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinə qarşı çıxıb

İran Türkiyədə NATO-nun raket hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinə qarşı çıxıb
# 16 noyabr 2010 16:05 (UTC +04:00)
Bakı – APA. İran Türkiyədə NATO-nun raket hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi ideyasının İsrailin maraqlarının müdafiəsinə yönəldiyini düşünür. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib. O bildirib ki, bu ideyanın şübhəli məqsədləri bölgə ölkələri və müsəlman dünyasında narahatlıq doğurur: “Biz bölgə ölkələri üçün təhlükə törətmirik və İsrail istisna olmaqla, bu regionun heç bir ölkəsi bizə təhlükə yaratmır. Qərbin bu addımlarının əsas məqsədi İsraili dəstəkləmək və bölgə ölkələrinə qarşı cinayətlərə, təcavüzkarlığa davam etməsi üçün onu müdafiə etməkdir. Biz ümid edirik ki, bölgə ölkələri bu addımlara imkan verməyəcək. Region dövlətləri birgə səylərlə öz təhlükəsizliklərini təmin etmək və istənilən təhlükəni dəf etmək üçün kifayət qədər güc və imkanlara malikdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR