Bank Of Baku

İraq prezidenti Cəlal Təlabani Tarik Əzizə çıxarılmış ölüm hökmünü imzalamaqdan imtina edib

İraq prezidenti Cəlal Təlabani Tarik Əzizə çıxarılmış ölüm hökmünü imzalamaqdan imtina edib
# 17 noyabr 2010 11:43 (UTC +04:00)
Bakı - APA. İraq prezidenti Cəlal Təlabani ölkənin sabiq baş nazir müavini Tarik Əzizə çıxarılmış ölüm hökmünü imzalamaqdan imtina edib.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, C.Təlabani bu addımını sosialist olması ilə izah edib.

Bundan başqa, İraq prezidenti xristian və qoca olan 74 yaşlı Tarik Əzizə yazığı gəldiyini bildirib.

Qeyd edək ki, Səddam Hüseynin yaxın silahdaşı olan Tarik Əziz bu il oktyabrın 26-da ölkədəki dini müxalifətin məhv edilməsində və dini siyasi partiyaların təqib olunmasında təqsirli bilinərək, ölüm cəzasına məhkum edilib. Bundan əvvəl isə o, Səddam rejiminin cinayətlərində iştirakına görə 22 il azadlıqdan məhrumetmə cəzası alıb.

Artıq Rusiya və Vatikan yaşını və səhhətini nəzərə alaraq, sabiq siyasətçinin əfv olunmasını tələb edib. Bu ilin yanvar ayında Tarik Əziz həbsxanada insult keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR