Bank Of Baku

İsrail hərbçiləri yüksək rütbəli fələstinli yaraqlını məhv ediblər

İsrail hərbçiləri yüksək rütbəli fələstinli yaraqlını məhv ediblər
# 18 noyabr 2010 00:54 (UTC +04:00)
Bakı-APA. İsrail hərbçiləri Qəzza zolağında yüksək rütbəli fələstinli yaraqlının məhv edildiyini bildiriblər.

«İslam ordusu» radikal qrupunun fəalı İslam Yasin qardaşı Məhəmmədlə bir yerdə Qəzza şəhərində avtomobil partlayışı nəticəsində həlak olub.

«İslam Yasin «İslam ordusu» terrorçu qruplaşmasının lideri Mümtaz Duqmuşun yaxın köməkçisi olub... Yasin Sinay yarımadasında israillilərin oğurlanmasını nəzərdə tutan terrorçu hücumu planlaşdırırdı», deyə İsrail ordusunun məlumatında bildirilir.

Yasin bu ay ərzində «İslam ordusu»nun məhv edilmiş ikinci komandiridir. Noyabrın 5-də oxşar şəraitdə Duqmuşun başqa köməkçisi Məhəmməd Namnam həlak olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR